Məktəblilərin güləş üzrə Respublika çempionatında qaliblər müəyyənləşib

Məktəblilərin güləş üzrə Respublika çempionatında qaliblər müəyyənləşib Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda güləş üzrə məktəblilərin Respublika çempionatı davam edir.
Fərdi
7 İyun , 2024 19:17
Məktəblilərin güləş üzrə Respublika çempionatında qaliblər müəyyənləşib

Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda güləş üzrə məktəblilərin Respublika çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından (AGF) "Report"a verilən xəbərə görə, Elm və Təhsil Nazirliyi və Azərbaycan Güləş Federasiyasının ortaq təşkilatçılığıyla ilk dəfə keçirilən birinciliyin son günündə yunan-Roma güləşi üzrə 38, 44, 52, 62 və 75 kq-da qaliblər müəyyənləşib.

Qeyd edək ki, yekunda Sumqayıt (170) komanda hesabında birinci, Sabunçu (74) ikinci, Binəqədi (70) isə üçüncü yeri tutub.

38 kq

1. Əli Cavadlı (Binəqədi)

2. Yusif Mehtiyev (Sumqayıt)

3. Azər Teymurov (Masallı), Uğur Hacıyev (Şəmkir)

44 kq

1. Təbriz Nəsirov (Suraxanı)

2. Vəkil Bəşirov (Sumqayıt)

3. Abdulla Hacıağayev (Qusar), Ruslan Əhmədli (Sabirabad)

52 kq

1. Eldəniz Allahverdiyev (Suraxanı)

2. Orxan Mustafayev (Sumqayıt)

3. İbrahim Babayev (Qusar), İbrahim Məmmədzadə (Göyçay)

62 kq

1. Sabir Rzayev (Şəmkir, ROİL)

2. Süleyman Verdiyev (Sabunçu)

3. Adnan Ağakərimli (Sumqayıt), Emil Aydınbəyov (Qusar)

75 kq

1. Yaşar Məmmədov (Yasamal)

2. Zəka Yusubov (Sabunçu)

3. Mübariz İbrahimli (Sumqayıt), Ayaz Cavadov (Masallı)

Yekunda Sumqayıt (170) komanda hesabında birinci, Sabunçu (74) ikinci, Binəqədi (70) isə üçüncü yeri tutub.

Son xəbərlər

Orphus sistemi