Meksikanın Azərbaycandakı səfiri: "Bakı Marafonu 2017"də iştirak etmək mənim üçün şərəfdir” - VİDEO

Meksikanın Azərbaycandakı səfiri: "Bakı Marafonu 2017"də iştirak etmək mənim üçün şərəfdir” - VİDEO “Burada mədəniyyət, dil, din, cins, irq ayırd edilmir”
Fərdi
28 Aprel , 2017 10:51
Meksikanın Azərbaycandakı səfiri: Bakı Marafonu 2017də iştirak etmək mənim üçün şərəfdir” - VİDEO

Bakı. 28 aprel. REPORT.AZ/ “Bakı Marafonu 2017” yarışına hazırlıq çərçivəsində həyata keçirilən "Bakı Marafonunun İnsanları" layihəsinin növbəti qonağı Meksikanın Azərbaycandakı səfiri Rodrigo Labardini olub.

“Report”un məlumatına görə, layihə “Sport Marketing Group” (SMG) şirkətinin təşkilatçılığı ilə gerçəkləşib. 

“Bakı Marafonu 2016”nın iştirakçılarından olan R.Labardini layihəyə qatılmağın onun üçün şərəf olduğunu söyləyib. Səfir bildirib ki, burada mədəniyyət, dil, din, cins, irq ayırd edilmir: “Bakı Marafonu 2017"də iştirak etmək mənim üçün şərəfdir. Marafonun ən vacib göstəricisi onun müxtəlif mənşəli insanları bir araya toplamasıdır. Marafon bir-birimizi tanımaq imkanıdır. Burada mədəniyyət, dil, din, cins, irq ayırd edilmir. Hər kəsi bu marafonda iştirak etməyə və maksimum dərəcədə zövq almağa dəvət edirəm".

Qeyd edək ki, aprelin 30-da keçiriləcək “Bakı Marafonu 2017” saat 10:00-da start götürəcək. Heydər Əliyev Fondunun təşəbbüsü ilə ikinci dəfə keçiriləcək marafon Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunacaq. Layihənin icrasını isə SMG şirkəti həyata keçirir.

Son xəbərlər

Orphus sistemi