Meksikalı boksçu döyüşdə aldığı xəsarətə görə bir ildən sonra vəfat edib

Meksikalı boksçu döyüşdə aldığı xəsarətə görə bir ildən sonra vəfat edib O, peşəkar rinqdə 25 qələbə, yeddi məğlubiyyət və bir heç-heçə əldə edib
Fərdi
25 Noyabr , 2022 13:28
Meksikalı boksçu döyüşdə aldığı xəsarətə görə bir ildən sonra vəfat edib

Meksikalı peşəkar boksçu Moises Fuentes dünyasını dəyişib.

"Report"un məlumatına görə, bu barədə Dünya Boks Şurasının (WBC) prezidenti Maurisio Süleyman sosial şəbəkə hesabında bildirib.

Fuentes son döyüşündə aldığı ağır xəsarətə görə bir ildir ki xəstəxanada idi. O, 2021-ci ilin oktyabrında həmyerlisi David Kuelyara nokautla məğlub olmuşdu.

Boksçu qarşılaşmadan sonra beynində əmələn gələn qan laxtasına görə xəstəxanaya aparılıb və əməliyyat olunmuşdu. Zədə ağır olduğu üçün idmançı süni nəfəs aparatına qoşulmuşdu.

Qeyd edək ki, Moises Fuentes 2011-ci ildə WBO (Ümumdünya Boks Təşkilatı) üzrə yüngül çəkidə çempion olub. O, peşəkar rinqdə 25 qələbə, yeddi məğlubiyyət və bir heç-heçə əldə edib.

Son xəbərlər

Orphus sistemi