"Onu da vurğulamaq istəyirəm ki, bu, Heydər Əliyevin 100 illiyinə həsr edilmiş tədbirdir. O, idmana və təhsilə çox önəm verirdi".
"Report"un məlumatına görə, bunu Böyük Britaniyanın UCL Universitetinin professoru, UCL-in İdman Fiziki Fəaliyyət və Sağlamlıq İnstitutunun (Institute of Sports, Exercise and Health) aparıcı eksperti, Böyük Britaniyanın Kral Tibb Cəmiyyətinin İdman Tibbi Bölməsinin vitse-prezidenti Maykl Pol Luzmor Bakıda “İdman elmlərinin inkişafında müasir tendensiyalar” mövzusunda keçirilən ll beynəlxalq konfransda jurnalistlərə açıqlamasında deyib.
O, konfransın onlar üçün vacib olduğunu vurğulayıb: "Bunun əhəmiyyətini qeyd etmək o qədər də asan deyil. Məhz Heydər Əliyevin dövründə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası yaradılıb. Onun təməlini qoyduğu siyasətin nəticəsində digər ölkələrlə əlaqələr yaranıb və tələbələr xaricdə təhsil alır".