Masters-2019: İlk yarış günündə Azərbaycanın 4 cüdoçusu çıxış edib - YENİLƏNİB

Masters-2019: İlk yarış günündə Azərbaycanın 4 cüdoçusu çıxış edib - YENİLƏNİB Bu gün Çinin Tsindao şəhərində “Masters” turnirinə start verilib.
Fərdi
12 Dekabr , 2019 10:25
Masters-2019: İlk yarış günündə Azərbaycanın 4 cüdoçusu çıxış edib - YENİLƏNİB

Bu gün Çinin Tsindao şəhərində “Masters” turnirinə start verilib.

“Report”un məlumatına görə, nüfuzlu yarış ilk günündə Azərbaycanın 4 idmançısı qüvvəsini sınayıb.

Kişilərdə 66 kq çəkidə çıxış edən Orxan Səfərov 1/16 finalda Georgi Zantariya (Ukrayna) uduzub. Eyni çəkidə yer alan Nicat Şıxəlizadə isə həmin mərhələdə Boqdan Yadova (Ukrayna) qalib gəlsə də, növbəti raundda Xerlen Qandbolda (Monqolustan) məğlub olub.

Qadınlarda 48 kq çıxış edən hər iki Azərbaycan cüdoçusu da mübarizəyə 1/16 finaldan başlayıb. Leylа Əliyeva Çen-Hao Linə (Çin Taypeyi) qalib gəlsə də, ardınca Munhbatın Urantsetseqlə bacarmayıb.Aişə Qurbanlı isə Melanine Klementə (Fransa) yenilib.

Qeyd edək ki, Azərbaycan millisi dekabrın 14-də başa çatacaq yarışda 11 cüdoçu ilə təmsil olunur. Növbəti günlərdə Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq), Uşanqi Kokauri (+100 kq) və İrina Zaretska (+78 kq) tatamiyə çıxacaq.


10:02***

Bu gün Çinin Tsindao şəhərində “Masters” turnirinə start veriləcək.

“Report”un məlumatına görə, nüfuzlu yarış ilk günündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq.

Kişilərdə 66 kq çəkidə çıxış edən Orxan Səfərov 1/16 finalda Georgi Zantariya (Ukrayna) ilə qarşılaşacaq. Eyni çəkidə yer alan Nicat Şıxəlizadə isə həmin mərhələdə Boqdan Yadov (Ukrayna) – Duanbin Ma (Çin) cütünün qalibi ilə görüşəcək.

Qadınlarda 48 kq çıxış edən hər iki Azərbaycan cüdoçusu da mübarizəyə 1/16 finaldan başlayacaq. Leylа Əliyeva Çen-Hao Linlə (Çin Taypeyi), Aişə Qurbanlı isə Melanine Klementlə (Fransa) üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan millisi dekabrın 14-də başa çatacaq yarışda 11 cüdoçu ilə təmsil olunur. Növbəti günlərdə Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq), Uşanqi Kokauri (+100 kq) və İrina Zaretska (+78 kq) tatamiyə çıxacaq.

Son xəbərlər

Orphus sistemi