Mariya Stadnik Ermənistanın təxribatından danışdı

Mariya Stadnik Ermənistanın təxribatından danışdı Qadınlardan ibarət Azərbaycan millisinin güləşçisi Mariya Stadnik cəbhədə baş verənlərlə bağlı danışıb.
Fərdi
2749
1 Oktyabr , 2020 16:23
Mariya Stadnik Ermənistanın təxribatından danışdı
Mariya Stadnik

Qadınlardan ibarət Azərbaycan millisinin güləşçisi Mariya Stadnik cəbhədə baş verənlərlə bağlı danışıb.

"Report"un məlumatına görə, 32 yaşlı təcrübəli idmançı ermənilərin təxribatına biganə qalmayıb.

2 qat dünya və 7 qat Avropa çempionu bildirib ki, Azərbaycanın 20 faiz ərazisi 30 ildən çoxdur işğal altındadır: "Ermənistan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini kobud şəkildə pozaraq, hərbi güc tətbiq edərək Dağlıq Qarabağ və ona aid 7 rayonu işğal edib. Nəticədə bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib".

Stadnik 30 ildən çoxdur davam edən danışıqların nəticə vermədiyini söyləyib: "Sentyabrın 27-də erməni silahlı birləşmələri təxribat törədərək Azərbaycan Ordusunun mövqelərini və insanların məskunlaşdığı cəbhəboyu rayonları atəşə tutub. Nəticədə 20-dən çox sakin həyatını itirib. Onların arasında uşaqlar da var".

Son xəbərlər

Orphus sistemi