Mariya Stadnik Bakıya qayıdaraq Azərbaycan millisi ilə məşqlərə başlayıb

Mariya Stadnik Bakıya qayıdaraq Azərbaycan millisi ilə məşqlərə başlayıb Azərbaycan qadın güləşçisi Mariya Stadnik Ukraynadan Bakıya gəlib.
Fərdi
134
28 Aprel , 2022 12:58
Mariya Stadnik Bakıya qayıdaraq Azərbaycan millisi ilə məşqlərə başlayıb

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Ukraynadan Azərbaycana qayıdıb.

Federasiyanın Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, əslən Lvovdan olan 34 yaşlı idmançı ötən həftədən Bakıdadır.

Stadnik artıq milli komanda ilə məşqlərdə iştirak edir.

Qeyd edək ki, aşağı çəkidə 2 qat dünya və 8 qat Avropa çempionu olan Mariya Stadnik Pekin-2008 və Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc, London-2012 və Rio-2016-da isə gümüş medal qazanıb. O həm də Bakı-2015 I Avropa Oyunlarının və Minsk-2019 II Avropa Oyunlarının qalibidir.

Son xəbərlər

Orphus sistemi