Maqnus Karlsen öz turnirinin qalibi ola bilmədi

Maqnus Karlsen öz turnirinin qalibi ola bilmədi Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "Opera Euro Rapid" adlanan III mərhələsinə yekun vurulub
Fərdi
14 Fevral , 2021 23:38
Maqnus Karlsen öz turnirinin qalibi ola bilmədi
Maqnus Karlsen

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "Opera Euro Rapid" adlanan III mərhələsinə yekun vurulub.

"Report"un məlumatına görə, finalda Karlsen ABŞ təmsilçisi Uesli So ilə üz-üzə gəlib. İlk oyun günündə 2:2 hesablı qələbə qeydə alınıb. İkinci gün isə amerikalı şahmatçı daha üstün olub - 2,5:1,5.

Beləliklə, Uesli So "Opera Euro Rapid"in qalibi olub. O, ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnirdən 30 000 dollar əldə edib.

Üçüncü yeri azərbaycanlı qrossmeyster Teymur Rəcəbov tutub. O, fransalı Maksim Vaşye-Laqravı hər iki gün ərzində məğlubiyyətə uğradıb - 2,5:1,5, 2:0.

Qeyd edək ki, Teymur Rəcəbov Çempionlar Turunun II mərhələsinin qalibi olmuşdu.

Son xəbərlər

Orphus sistemi