Maqnus Karlsen öz ad günündə şahmat üzrə dünya çempionu titulunu qoruyub

Maqnus Karlsen öz ad günündə şahmat üzrə dünya çempionu titulunu qoruyub O, rusiyalı qrossmeysterə qalib gəlib
Fərdi
1 Dekabr , 2016 03:49
Maqnus Karlsen öz ad günündə şahmat üzrə dünya çempionu titulunu qoruyub

Bakı. 1 dekabr. REPORT.AZ/ Dünya şahmat tacı uğrunda matçın qalibi müəyyənləşib.

"Report"un məlumatına görə, norveçli Maqnus Karlsen rusiyalı Sergey Karyakinə qalib gələrək, dünya çempionu titulunu qoruyub. Qarşılaşmanın taleyi rapid partiyalarında müəyyənləşib. İlk iki partiyada (25 dəqiqə vaxta nəzarət, 10 saniyə gediş üçün) heç-heçə qeydə alınıb. Üçüncü partiyada qara, dördüncüdə isə ağ fiqurlarla oynayan Karlsen qələbəyə nail olub. Matçın 12 əsas partiyasında 6:6 hesablı heç-heçə qeydə alındığından, norveçli qrossmeyster ümumi nəticədə qələbəyə imza atıb - 9:7.

Qeyd edək ki, Maqnus Karlsen 2013-cü ildən sahib çıxdığı dünya çempionu titulunu özündə saxlayıb. Bununla da Karlsen 600 min avro, Sergey Karyakin isə 400 min avro qazanıb. Norveçli qrossmeyster bu dəfə çempionluq tituluna 26 yaşının tamamlandığı gün sahib çıxıb. 

Son xəbərlər

Orphus sistemi