Lukaşenko: Azərbaycanın Avropa Oyunlarını keçirdiyi səviyyə ilə rəqabət aparmaq qətiyyən mümkün deyil

Lukaşenko: Azərbaycanın Avropa Oyunlarını keçirdiyi səviyyə ilə rəqabət aparmaq qətiyyən mümkün deyil Bakı. 20 noyabr. REPORT.AZ/ 2019-cu ildə Belarus Bakıdan sonra ikinci Avropa Oyunlarını qəbul edir. Prezidentlə mən 2015-ci ildə belə miqyaslı tədbiri əla keçirməyin öhdəsindən gələn Azərbaycanın təcrübəsini ətraflı müzakirə etdik. Üstəlik deməliyəm ki, sizdən sonra bütün ölkələr belə oyunları qəbul etməyə qorxurlar. Çünki həmin səviyyə ilə rəqabət aparmaq, mən bunu səmimi deyirəm, qətiyyən mümkün deyil.
Fərdi
20 Noyabr , 2018 01:17
Lukaşenko: Azərbaycanın Avropa Oyunlarını keçirdiyi səviyyə ilə rəqabət aparmaq qətiyyən mümkün deyil

Bakı. 20 noyabr. REPORT.AZ/ "2019-cu ildə Belarus Bakıdan sonra ikinci Avropa Oyunlarını qəbul edir. Prezidentlə mən 2015-ci ildə belə miqyaslı tədbiri əla keçirməyin öhdəsindən gələn Azərbaycanın təcrübəsini ətraflı müzakirə etdik. Üstəlik deməliyəm ki, sizdən sonra bütün ölkələr belə oyunları qəbul etməyə qorxurlar. Çünki həmin səviyyə ilə rəqabət aparmaq, mən bunu səmimi deyirəm, qətiyyən mümkün deyil".

“Report” xəbər verir ki, bunu noyabrın 19-da Minskdə Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında Belarusun dövlət başçısı Aleksandr Lukaşenko deyib.

O, Belarusun bu səviyyəni aşağı salmamaq üçün ciddi fikirləşməli olduğunu bildirib:

"Biz də bu səviyyəni aşağı salmamaq üçün ciddi fikirləşməliyik. Həm də fikirləşməliyik ki, bunu nəyin hesabına edə bilərik. Amma birmənalı olaraq sizə minnətdarıq ki, mütəxəssisləriniz, nazirləriniz bizə ciddi məsləhətlər verərək, bizi faktiki surətdə ikinci Avropa Oyunlarına hazırlayırlar. Həm də mən, ilk növbədə, bu beynəlxalq idman tədbirinə hazırlıqda köməyinə görə öz həmkarıma təşəkkür edirəm. Növbəti dəfə sizin hamınızı, məhz bu Avropa Oyunlarını izləməyi arzulayan Azərbaycan vətəndaşlarını Belarusa gəlməyə dəvət edirəm".

Son xəbərlər

Orphus sistemi