KİV: Bakıdakı "Formula 1" yarışı risk altındadır

KİV: Bakıdakı "Formula 1" yarışı risk altındadır Formula 1 üzrə dünya çempionatının təqvimi bu gün rəsmən açıqlanacaq.
Fərdi
2 İyun , 2020 12:10
KİV: Bakıdakı Formula 1 yarışı risk altındadır

"Formula 1" üzrə dünya çempionatının təqvimi bu gün rəsmən açıqlanacaq. 

"Report" "Corriere Della Sera" nəşrinə istinadən xəbər verir ki, mövsüm Avropdakı 8 Qran-pri ilə başlayacaq və azarkeşsiz keçiriləcək. 

Avstriya hökuməti yarışla bağlı razılıq verib və start məhz bu ölkədə olacaq. "Formula 1"in kommersiya hüquqlarına sahib olan "Liberty Media" və Beynəlxalq Avtomobil Federasiyası ən azı 15 - 18 yarışdan ibarət dünya çempionatı təşkil etməyi hədəfləyir. 

Mövsümün sonrakı hissəsi koronavirus pandemiyasının inkişafı və Avropa xaricində sayahət məhdudiyyətləri əsasında qurulacaq. Sinqapurdakı yarış ləğv ediləcək, Azərbaycan və Rusiya Qran-priləri risk altında olduğu üçün sentyabrın ortalarında İtaliyada ikinci yarış baş tuta bilər.

Almaniya və Portuqaliya Qran-prilərinin də təqvimə əlavə olunma ehtimalı var. 

"Formula 1" təqvimi (birinci hissə) 

5 iyul – Avstriya
12 iyul – Avstriya
19 iyul - Macarıstan
2 avqust – Böyük Britaniya
9 avqust – Böyük Britaniya
16 avqust – İspaniya
30 avqust – Belçika
6 sentyabr – İtaliya

Qeyd edək ki, "Formula 1"də 2020 mövsümü koronavirus pandemiyası səbəbindən hələ başlamayıb. Daha əvvəl "Formula 1" rəhbərliyi Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako, Niderland və Fransa mərhələləri isə ləğv olunub. Bakıdakı yarış 5 - 7 iyunda keçirilməli idi.

Son xəbərlər

Orphus sistemi