Karlsen Nepomnyaşini rekord sayda gedişə məğlub edib

Karlsen Nepomnyaşini rekord sayda gedişə məğlub edib Norveçli Maqnus Karlsen və rusiyalı Yan Nepomnyaşi arasında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən şahmat üzrə dünya çempionluğu uğrunda görüşdə ilk qələbə qeydə alınıb.
Fərdi
406
4 Dekabr , 2021 00:25
Karlsen Nepomnyaşini rekord sayda gedişə məğlub edib

Norveçli Maqnus Karlsen və rusiyalı Yan Nepomnyaşi arasında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən şahmat üzrə dünya çempionluğu uğrunda görüşdə ilk qələbə qeydə alınıb.

"Report"un məlumatına görə, bu, VI tura təsadüf edib. Ağ fiqurlarla oynayan Karlsen 136-cı gedişdə Nepomnyaşini təslim olmağa məcbur edib.

Qarşılaşma 7 saat 45 dəqiqə davam edib. Bu qədər gediş şahmat tacı uğrunda partiyalarda rekord sayılır. Əvvəlki rekord 1978-ci ildə keçmiş SSRİ təmsilçisi Anatoli Karpov və həmin vaxt vətəndaşlığı olmadan çıxış etmiş Viktor Korçnoy arasındakı matça təsadüf edib. Həmin vaxt tərəflər 124 gediş ediblər.  

Bu qələbə sayəsində hazırkı dünya çempionu Karlsen ümumi hesabda 3,5:2,5 hesabı ilə önə çıxıb.

VII partiya dekabrın 4-də olacaq. Nepomnyaşi ağ fiqurlarla oynayacaq.

Son xəbərlər

Orphus sistemi