Karateçilərimiz Premyer Liqa turnirində iki medal qazandı - FOTO

Fərdi
  • 01 mart, 2020
  • 16:02
Karateçilərimiz Premyer Liqa turnirində iki medal qazandı - FOTO

Azərbaycan karateçiləri Avstriyada Karate1 Premyer Liqa turnirində iki medal qazanıblar.

“Report” Azərbaycan Milli Karate Federasiyasına istinadən xəbər verir ki, Rafiz Həsənov (-67 kq) yarışın qalibi, İrina Zaretska (-68 kq) isə bürünc mükafatçı olub.

Barak Obama

Yarışın son günü medal görüşlərinə çıxan digər idmançılarımız Ayxan Mamayev (-84 kq) və Asiman Qurbanlı (+84 kq) bürünc mükafat şanslarını əldən veriblər.

Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu liqa yarışının 3-cü mərhələsində 88 ölkədən 625 karateçi iştirak edib. Turnir karateçilərə həmçinin dünya və olimpiya reytinqi xalları qazandırıb. Beynəlxalq hakim Cahangir Babayev final görüşlərini idarə edən referilər arasında olub.

44 filmi