İsveçli döyüşçü rəqibini nokaut edib qaçdı

İsveçli döyüşçü rəqibini nokaut edib qaçdı Bəhreyndə qarışıq döyüş növləri üzrə keçirilən "Brave CF 50" turnirində qeyri-adi olay baş verib.
Fərdi
2 Aprel , 2021 00:22
İsveçli döyüşçü rəqibini nokaut edib qaçdı

Bəhreyndə qarışıq döyüş növləri üzrə keçirilən "Brave CF 50" turnirində qeyri-adi olay baş verib.

"Report"un məlumatına görə, isveçli Anton Turkalyi qazaxıstanlı Konstantin Soldatovu 13 saniyəyə nokauta salıb. Bundan sonra Turkalyi qalibin elan olunma mərasimini gözləmədən tribunanın altına tərəf qaçıb. Onun belə addımının səbəbi məlum deyil.

Qeyd edək ki, Anton Turkalyi peşəkar səviyyədə qarışıq döyüş növlərində 7-ci görüşünə çıxıb. İsveçli idmançı qarşılaşmalarının hamısını vaxtından əvvəl qələbə ilə başa vurub.

Son xəbərlər

Orphus sistemi