İslamiada: Azərbaycan idmançıları sonuncu gündə üç idman növündə çıxış edəcək

İslamiada: Azərbaycan idmançıları sonuncu gündə üç idman növündə çıxış edəcək Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 14-cü günə start veriləcək.
Fərdi
18 Avqust , 2022 09:20
İslamiada: Azərbaycan idmançıları sonuncu gündə üç idman növündə çıxış edəcək

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 14-cü günə start veriləcək.

"Report"un Konyaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Azərbaycan idmançıları sonuncu gündə 3 idman növündə qüvvəsini sınayacaq.

Tokio Olimpiadasının gümüş mükafatçısı, ikiqat dünya və ikiqat Avropa çempionu, IV İslam Həmrəyliyi Oyunlarının qalibi, karateçi İrina Zaretska da mübarizə aparacaq.

Karate
10:45 Kişilər: Pənah Abdullayev (84 kq), Asiman Qurbanlı (+84 kq)
Qadınlar: Ayla Rzazadə (61 kq), İrina Zaretskaya (68 kq), Fəridə Əliyeva (+68 kq)

Kikboksinq
11:00 Kişilər, yarımfinallar və finallar
Yarımfinal: Ramal Aslanov (Low kick, 75 kq), Anar Məmmədov (Low kick, 57 kq), Camal Məmmədov (Full contact, 54 kq) Fərid Ağamoğlanov (Full contact, 63,5 kq)
Final: Saqi Salehli (Full contact, 75 kq), Elvin Ağayev (Full contact, 86 kq)

İdman gimnastikası
15:30 Qadınlar (final)
Çoxnövçülük - komanda

Qeyd edək ki, İslamiadanın bağlanış mərasimi Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi