IOC prezidenti: "Olimpiada peyvəndsiz də keçirilə bilər"

IOC prezidenti: "Olimpiada peyvəndsiz də keçirilə bilər" Koronavirus peyvəndi olmasa belə, Yaponiyanın paytaxtı Tokiodakı Yay Olimpiya Oyunları baş tuta bilər.
Fərdi
24 Sentyabr , 2020 15:58
IOC prezidenti: Olimpiada peyvəndsiz də keçirilə bilər
Tomas Bax

Koronavirus peyvəndi olmasa belə, Yaponiyanın paytaxtı Tokiodakı Yay Olimpiya Oyunları baş tuta bilər. 

"Report" "Xinhua" agentliyinə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax Oyunların Təşkilat Komitəsi, Yaponiya hökuməti, Tokio şəhər rəsmiləri və IOC Koordinasiya Komissiyası ilə videokonfrans zamanı söyləyib. 

IOC rəhbəri idmanın yavaş-yavaş və əminliklə qayıtdığını bildirib: "Müxtəlif Yaponiya liqalarındakı oyunlar və "Tour de France" kimi kompleks tədbirlər daxil olmaqla, müxtəlif idman növləri üzrə çoxlu sayda yarış uğurla keçirilib".

T.Bax Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənmiş peyvəndin 2021-ci ilin birinci yarısında hazır ola biləcəyini də qeyd edib: "Peyvəndlə bağlı ürəkaçan xəbərlərimiz var. Bütün işlər olimpiada başlayana qədər davam edəcək. Bu böhran bizi çevik olmağa və qurban verməyə məcbur edəcək".

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları bu il 24 iyul - 9 avqustda keçirilməli idi. Lakin koronavirus pandemiyası üzündən olimpiada 2021-ci il 23 iyul - 8 avqusta təxirə salınıb. 

Son xəbərlər

Orphus sistemi