İngiltərəli qolfçu Marko Penc mərc oyunlarında iştirak etdiyi üçün diskvalifikasiya olunub.
"Report" xəbər verir ki, bu barədə Avropa turu məlumat yayıb.
Üç ay müddətinə yarışlardan kənarlaşdırılan 26 yaşlı qolfçu həmçinin 2000 funt-sterlinq cərimələnib.
Qeyd edək ki, "Challenge Tour"un ikiqat qalibi olan M.Penc hazırda reytinqdə 414-cü yerdədir.