İtaliyada mayın 4-dən fərdi məşqlərə icazə veriləcək

İtaliyada mayın 4-dən fərdi məşqlərə icazə veriləcək İtaliyada koronavirus pandemiyası ilə əlaqədar karantin tədbirləri rəsmən yumşaldılıb.
Fərdi
27 Aprel , 2020 08:24
İtaliyada mayın 4-dən fərdi məşqlərə icazə veriləcək

İtaliyada koronavirus pandemiyası ilə əlaqədar karantin tədbirləri rəsmən yumşaldılıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Cüzeppe Konte bildirib.

O, qeyd edib ki, mayın 4-dən oyunçulara fərdi məşqlərə, mayın 18-dən isə komandalara məşq etməyə icazə veriləcək.

"Mayın 4-dən açıq havada, parklarda, ən azı iki metrlik distansiyaya riayət etməklə, idmanla məşğul olmaq mümkün olacaq. İdmançılar həmçinin fərdi intizamla idman mərkəzlərində, amma məsafə qaydalarına riayət etməklə məşq edə bilərlər.

Peşəkar futbol klubları və başqa idman növlərinin komandalarının məşqləri mayın 18-dən başlayacaq.

Yaxın günlərdə biz idman naziri Vinçenso Spadafora ilə çempionatın yenilənməsi haqda müzakirəni davam etdirəcəyik.

Biz hamımız azarkeşik, amma bizim qəyyumluq altında olanların sağlamlığını müdafiə etməyə hərtərəfli məcburuq”, - baş nazir deyib.

Qeyd edək ki, İtaliyada koronavirus qurbanlarının sayı 26 644 nəfərə çatıb. Ölkədə epidemiya ərzində yoluxma hallarının ümumi sayı, ölənlər və sağalanlar da daxil olmaqla, 197 675 nəfər təşkil edib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi