İslamiadanın biletlərinin satışa çıxarılacağı tarix və qiymətləri açıqlanıb

İslamiadanın biletlərinin satışa çıxarılacağı tarix və qiymətləri açıqlanıb Açılış mərasiminin biletləri bağlanışınkından 2 dəfə baha olacaq
Fərdi
7 Fevral , 2017 14:44
İslamiadanın biletlərinin satışa çıxarılacağı tarix və qiymətləri açıqlanıb

Bakı. 7 fevral. REPORT.AZ/ Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının biletləri martın 19-dan satışa çıxarılacaq.

Oyunların Əməliyyat Komitəsinin Media və İctimaiyyətlə Əlaqələr Departamentindən "Report"a verilən məlumata görə, satışda 500 mindən artıq bilet olacaq. Onlar 20 növ üzrə yarışları əhatə edəcək. İdman həvəskarları izləmək istədikləri yarışlara biletləri baku2017.com rəsmi veb-saytından və şəhərin müxtəlif yerlərində açılacaq 12 satış məntəqəsindən əldə edə biləcəklər. Biletlərin satışa çıxarılacağı əsas ticarət mərkəzlərinə Park Bulvar, Gənclik və 28 Mall -Ticarət Mərkəzləri daxildir. Bunula yanaşı, oyunların keçiriləcəyi 16 idman obyektində də biletlərin satış köşkləri açılacaq.

Bütün 190 idman sessiyaları üçün nəzərdə tutulmuş biletlərin qiyməti 2 manatdan 5 manatadək dəyişəcək. “Bakı 2017" 16 yaşadək bütün gənc nəsli 13 idman arenasında güzəştli biletlərdən yararlanmağa səsləyir. Çünki idman sessiyalarının əksəriyyətinə onlar pulsuz buraxılacaqlar. 2 - 16 yaşlı uşaqlar üçün Heydər Əliyev adına Arena, Milli Gimnastika Arenası və Tofiq Bəhramov adına Respublika Stadionuna təyinatlı biletlərin qiyməti 1 manat, digər idman obyektlərində keçiriləcək yarışlara isə biletlər pulsuz olacaq.

Bakı Olimpiya Stadionunda keçiləcək açılış mərasiminə biletlərin qiyməti 20 - 200 manat, bağlanış mərasimi üçün isə 10 - 100 manat nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi