İslamiada: Azərbaycanın qadın karateçisi yarımfinala çıxıb

Fərdi
  • 14 may, 2017
  • 07:44
İslamiada: Azərbaycanın qadın karateçisi yarımfinala çıxıb

Bakı. 14 may. REPORT.AZ/ Bakıda IV İslam Həmrəyliyi Oyunları davam edir.

“Report”un məlumatına görə, bu gün +68 kq çəki dərəcəsində tatami üzərinə çıxan qadın karateçi Fəridə Əliyeva yarımfinal mərhələsinə vəsiqə qazanıb.

O, 1/4 finalda əlcəzairli rəqibi İmene Atifdən son saniyələrdə qazandığı xal ilə üstün olub.