İŞİD-ə qoşulan rusiyalı boksçu Suriyada öldürülüb

İŞİD-ə qoşulan rusiyalı boksçu Suriyada öldürülüb Vyaçeslav Lapşin 2016-cı ilin martında həlak olub
Fərdi
14 Noyabr , 2017 15:37
İŞİD-ə qoşulan rusiyalı boksçu Suriyada öldürülüb

Bakı. 14 noyabr. REPORT.AZ/ Suriyada İŞİD terror təşkilatının tərkibində döyüşən rusiyalı boksçu Vyaçeslav Lapşin öldürülüb.

“Report” xəbər verir ki, bu barədə “RİA Novosti”yə Ufa şəhərindən olan idmançının bacısı Olqa Lapşina bildirib. Onun sözlərinə görə, 1981-ci il təvəllüdlü V.Lapşin 2002-ci ildə İslam dinini qəbul edib.

2015-ci ildə həyat yoldaşı və 3 uşağı ilə birlikdə Suriyaya yollanan rusiyalı idmançı 2016-cı ilin martında həlak olub. Yaxınlarda onun həyat yoldaşı Rufina 4 uşağı ilə birlikdə Suriyadan geri dönüb. Məlum olub ki, Rufina ərinin ölümündən sonra başqa şəxslə ailə qurub və daha bir övladı dünyaya gəlib.

Qeyd edək ki, Vyaçeslav Lapşin 2006-cı ildə Rusiya çempionu tituluna sahib çıxıb. O, peşəkar rinqdə 58,9 kq çəki dərəcəsində 2005 - 2009-cu illərdə 9 döyüş keçirib və 5 görüşdən qalib ayrılıb. 

Son xəbərlər

Orphus sistemi