İranın İslamiadada bayraqdarı qadın idmançı olacaq

İranın İslamiadada bayraqdarı qadın idmançı olacaq "O, Oyunlarda hicabla çıxış edəcək iranlı qadınlar üçün yaxşı nümunədir"
Fərdi
24 Aprel , 2017 09:37
İranın İslamiadada bayraqdarı qadın idmançı olacaq

Bakı. 24 aprel. REPORT.AZ/ İranın Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarındakı bayraqdarı qadın idmançı olacaq. "Report"un İran Milli Olimpiya Komitəsinin (MOK) rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, atıcı Mahlağa Jambozorqdur.

25 yaşlı idmançı mayın 12-də Bakı Olimpiya Stadionunda keçiriləcək Açılış Mərasimində öz ölkəsinin bayrağını daşıyacaq. MOK prezidenti Şahruh Şahnazi bildirib ki, bu seçim qarşıdakı idman yarışının xarakteri və Jambozorqun bütün bədənini örtən çadra gəzdirməsi ilə əlaqədardır: "O, Oyunlarda hicabla çıxış edəcək iranlı qadınlar üçün yaxşı nümunədir".

Qeyd edək ki, İslamiadada İranın 180-dək idmançısı 16 növ üzrə mübarizə aparacaq. Mahlağa Jambozorq 2012-ci il London və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 10 metr məsafəyə tapançadan atəş açma yarışında mübarizə aparıb. O, 2015-ci il Universiadasında qızıl, gümüş və 2 bürünc, 2010-cu il Asiya Oyunlarında gümüş və bürünc medal qazanıb.      

Son xəbərlər

Orphus sistemi