İntizam Komitəsi Azərbaycan çempionunun 4 futzalçısını cəzalandırıb

İntizam Komitəsi Azərbaycan çempionunun 4 futzalçısını cəzalandırıb Bakı. 2 may. REPORT.AZ/ AFFA İntizam Komitəsi Azərbaycan çempionu Araz klubunun 4 futzalçısını cəzalandırıb.
Fərdi
2 May , 2018 13:13
İntizam Komitəsi Azərbaycan çempionunun 4 futzalçısını cəzalandırıb

Bakı. 2 may. REPORT.AZ/ AFFA İntizam Komitəsi Azərbaycan çempionu "Araz" klubunun 4 futzalçısını cəzalandırıb.

"Report"un məlumatına görə, Naxçıvan komandasının oyunçuları Yüksək Liqanın XXVI turunda "Marafon Futsal"la matçda aqressiv hərəkətləri üzündən cəzaya məruz qalıb. Eduardo Borges 18-ci dəqiqədə kobud oyunu səbəbindən qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq disvalifikasiya olunub. 

Həmçinin, Azərbaycan milli komandasının da şərəfini qoruyan Xətai Bağırov hakimi təhqir etdiyi üçün meydandan qovulub. Bağırov bu hərəkətinə görə 4 oyunluq cəzaya məruz qalıb. İsa Atayev birbaşa qırmızı vərəqə aldığına görə 2, qapıçı Rövşən Hüseynli isə ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb. 

Qeyd edək ki, qarşılaşma "Marafon Futsal"ın 6:4 hesablı qələbəsi ilə yekunlaşıb. 

Son xəbərlər

Orphus sistemi