İki taekvondoçu Qran Pri üçün açıqlanan Azərbaycan millisinin heyətindən kənarlaşdırılıb

İki taekvondoçu Qran Pri üçün açıqlanan Azərbaycan millisinin heyətindən kənarlaşdırılıb Patimat Abakarova və Fəridə Əzizovanın zədəli olduğu açıqlanıb
Fərdi
7 Dekabr , 2016 10:20
İki taekvondoçu Qran Pri üçün açıqlanan Azərbaycan millisinin heyətindən kənarlaşdırılıb

Bakı. 7 dekabr. REPORT.AZ/ Bakıda keçiriləcək taekvondo üzrə Qran Prinin final mərhələsi üçün açıqlanan Azərbaycanın qadınlardan ibarət milli komandasının heyətində dəyişiklik edilib. "Report"un məlumatına görə, bu barədə Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev açıqlama verib. 

O bildirib ki, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında mübarizə aparmış zərif cins nümayəndələri Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) son anda heyətdən çıxarılıb: "Hər iki idmançının yarışda iştirakı gözlənilirdi. Lakin həkimlərin son rəyinə əsasən, Abakarovanın ayaq, Əzizovanın bel nahiyəsində zədələrin tam keçmədiyi aşkarlandı. Nəticədə onların turnirdə iştirakları məqbul sayılmadı".

Beləliklə, Qran Prinin finalında Azərbaycanı yalnız Yaprak Eriş (57 kq) təmsil edəcək.

Qeyd edək ki, komandalararası dünya çempionatı üçün açıqlanan heyətdə dəyişiklik baş verməyib. 

Son xəbərlər

Orphus sistemi