Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) və BM Morrison Partners (BM) şirkəti idmançıların hüquqlarının müdafiəsini gücləndirmək məqsədilə anlaşma memorandumu imzalayıblar.
AMADA-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, memorandum çərçivəsində agentliyin fəaliyyəti ilə bağlı xüsusi yaradılmış İntizam və Apellyasiya Komitələrində qurumun yurisdiksiyasına daxil olan idmançılar barədə başlanılan və ya icraatda olan işlərdə, BM hüquq şirkəti tərəfindən bu idmançılara hüquqi yardım göstəriləcək. Şirkət idmançılara hüquqi xidmətləri pro bono (ödəniş almadan) əsasında göstərəcək. Bütün işlərin təcrübəli vəkillər və hüquqşünaslar tərəfindən aparılması nəzərdə tutulur.
“Bu memorandum, idmanda dopinqə qarşı mübarizə və antidopinq qaydalarının tətbiqi zamanı insan hüquqlarının qorunmasını gücləndirmək, idmançıların ədalət mühakiməsinə çıxışını asanlaşdırmaq məqsədlərini daşıyır. Bu fundamental hüquqlar Avropa İnsan Hüquqları Konvensiyası,
“Belə şəffaf və qanunçuluq proseslərinin bir hissəsi olmaq bizim kimi bir müstəqil hüquq şirkəti üçün kifayət qədər vacib hadisədir. Ölkənin aparıcı şirkəti olaraq bu sahəyə töhfə verməyimizdən qürur duyuruq. Bütövlüklə Birləşmiş Krallıq kapitalı ilə fəaliyyət göstərən bir yerli hüquq şirkəti kimi, biz ən yaxşı Britaniya təcrübəsini Azərbaycana gətirməyə şad olarıq”, - BM Morrison Partners hüquq şirkətinin baş partnyoru Fərhad Mirzəyev bildirib.
Qeyd edək ki, Avropa Şurasının Antidopinq Konvensiyası 1989-cu ildə qəbul edilib. Azərbaycan bu sənədi 2002-ci ildə imzalayıb. Azərbaycan Respublikasının ilk özəl hüquq şirkəti olan BM Morrison Partners 1992-ci ildə təsis edilib. BM xarici dövlətlərdə (Böyük Britaniya, BƏƏ və Rusiya) nümayəndəlikləri olan ilk və yeganə Azərbaycan hüquq şirkətidir. Geniş profilli hüquq şirkəti olan BM hüququn bütün sahələri üzrə böyük təcrübəyə malikdir.