Gənclər və İdman Nazirliyi və “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları gəncləri Gənclər İctimai Birliyinin 31 mart – 3 apreldə Azərbaycanlıların Soyqırımı Gününün 102-ci ildönümü ilə əlaqədar təşkil etdiyi onlayn fəaliyyətlərə qoşulmağa dəvət edir.
Nazirliyin Mətbuat katibi Səmayə Məmmədovanın "Report"a verdiyi məlumata görə, onlayn fəaliyyətlərin təşkil edilməsində məqsəd xalqımıza qarşı törədilmiş bu amansız qətliamın vahid platforma və vahid həştəqlər üzərindən faktlar əsasında kütləvi şəkildə paylaşılması ilə gənclərin səsini dünya ictimaiyyətinə çatdırılmasını təmin etməkdir.
Bunun üçün 7 dildə hazırlanmış (Azərbaycan, Rus, İngilis, İspan, İtalyan, Fransız və Ərəb) faktlar, poster, "Facebook" profili üçün çərçivə və poster, foto və videolar vahid bir bazada toplanıb.
Bazaya daxil olub məlumatları #Genocide #Genocide102 #31MarchGenocide həştəqləri ilə "Facebook", "Twiter", "Instagram" və digər sosial şəbəkələrdə paylaşmaq mümkündür.
Bazaya aşağıdakı linkdən keçid etmək olar:
https://www.facebook.com/notes/azərbaycan-respubli...
Qeyd edək ki, 31 mart Soyqırımı, 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində və Bakı Quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı kütləvi qırğınlar törədib.
Azərbaycan xalqının ümummilli lideri