İddiaçılar Turniri: Şəhriyar Məmmədyarov heç-heçə edib

İddiaçılar Turniri: Şəhriyar Məmmədyarov heç-heçə edib Bakı. 19 mart. REPORT.AZ/ Almaniyanın paytaxtı İddiaçılar Turnirində şahmatçılar ilk dövrənin son turunun qarşılaşmalarına çıxıb.
Fərdi
19 Mart , 2018 01:01
İddiaçılar Turniri: Şəhriyar Məmmədyarov heç-heçə edib

Bakı. 19 mart. REPORT.AZ/ Almaniyanın paytaxtı İddiaçılar Turnirində şahmatçılar ilk dövrənin son turunun qarşılaşmalarına çıxıb.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov VII tura təsadüf edən görüşdə qara fiqurlarla rusiyalı Aleksandr Qrişukla qarşılaşıb. Qarşılaşma 16-cı gedişdə sülhə yekunlaşıb. Beləliklə, Məmmədyarov turnirdə 5-ci heç-heçə ilə məğlubiyyətsizliyini davam etdirib. Onun aktivində 2 qələbə də var.

Qrişuk isə ilk 6 turda yeganə qələbəsini II turda ABŞ təmsilçisi Uesli So üzərində qazanıb. O, yeganə məğlubiyyətini ilk turda həmyerlisi Vladimir Kramnikdən alıb. Son 4 turda isə 35 yaşlı qrossmeyster yalnız heç-heçələr edib.

Turun digər görüşləri:

Levon Aronyan (Ermənistan) - Fabiano Karuana (ABŞ) - 0:1

Vladimir Kramnik (Rusiya) - Din Lijen (Çin) 0.5:0.5

Sergey Karyakin (Rusiya) - Uesli So (ABŞ) - 1:0

7 turdan sonra Fabiano Karuana 5 xalla 1-ci pillədə qərarlaşıb. Məmmədyarov isə 4.5 xalla ikincidir. Qrişuk, Lijen və Kramnik hərəyə 3.5 xalla 3 - 5-ci yerləri bölüşür. Karyakin 3 xalla 6-cı, Aronyanla So isə hərəyə 2,5 xalla 7 - 8-ci yerdədir. 

Son xəbərlər

Orphus sistemi