Hidayət Heydərov Antalya Qran-prisində bürünc medal qazanıb
Fərdi
- 07 aprel, 2018
- 14:28
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 7 aprel. REPORT.AZ/ Azərbaycan cüdoçusu Hidayət Heydərov Türkiyənin Antalya şəhərində keçirilən Qran-pridə bürünc medal qazanıb.
"Report" xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan 21 yaşlı idmançı mübarizəyə 1/16 finaldan başlayıb.
O, ardıcıllıqla avstriyalı Lukas Reyter, rusiyalı Feliks Qaluayev və iranlı Məhəmməd Məhəmmədiyə qalib gəlib.
Lakin Heydərov yarımfinalda cənubi koreyalı Çanqrim Ana uduzub. Bununla belə, o, bürünc medal uğrunda montoneqrolu Nikoloy Qusiçi yenərək, fəxri kürsünün üçüncü pilləsinə yüksəlməyi bacarıb.
Azərbaycan yığması Qran-priyə 10 cüdoçu ilə yollanıb. İlk yarış günündə mübarizə aparan 5 idmançıdan heç biri medal qazana bilməyib.
Son xəbərlər
22:30
İran sonsuz müharibə və nəticəsiz danışıqlar aparmaq niyyətində deyil
Region
22:23
Yaponiya ABŞ-də yarımkeçirici zavodlarının tikintisinə 21 milyard dollar ayıracaq
Digər ölkələr
22:21
"Neftçi"nin baş məşqçisi Konstantinos Vasiliadis: "Azərbaycanlı basketbolçularda istedad var"
Komanda
22:12
Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar
Digər ölkələr
22:10
"Neftçi" FIBA Avropa Kubokunda Latviya klubuna uduzub
Komanda
22:04
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Xarici siyasət
22:02
"Real"ın futbolçusu Vinisius 4 oyunluq diskvalifikasiya edilib
Futbol
21:51
FIBA Çempionlar Liqası: "Sabah" "Trabzonspor"a məğlub olub
Komanda
21:50
"Reuters": Hörmüz boğazı yaxınlığında vurulan yük gəmisi batıb
Digər ölkələr