Bu həftənin ən yaxşı şahmat oyunu

Bu həftənin ən yaxşı şahmat oyunu "Fərziyyə" sözünü eşidən zaman ağıla mənfi bir məna gələ bilər
Fərdi
6 Fevral , 2021 12:56
Bu həftənin ən yaxşı şahmat oyunu

"Fərziyyə" sözünü eşidən zaman ağıla mənfi bir məna gələ bilər. Həyatımızın müəyyən hissəsində bir çoxumuza fərziyyələrdən və nəticələrə tələsməkdən qaçınmaq tövsiyə edilmişdir. Buna baxmayaraq, çox vaxt özümüz belə hiss etmədən ətrafımızda olan mürəkkəb dünyanı anlamaq üçün davamlı fərziyyələr etmişik və bu vərdiş artıq insanın təbiətinə çevrilmişdir.

Bəzən, yeni öyrənilən bir məlumat mövcud olan fərziyyəni pozduqda daxili bir ziddiyyət meydana çıxır. Bu baş verdikdə isə hər kəs belə bir dəyişikliyi qəbul etməyə və tez bir zamanda ona uyğunlaşmağa hazır olmur - ən azından real həyatda bu belədir.

Bu baxımdan şahmat mütəxəssisləri çox mütərəqqi olurlar. Onlar, yeni məlumatlara tez bir zamanda adaptasiya olmalı və əvvəlki fərziyyələrini düzəltməlidirlər. Əks halda növbəti qarşılaşmalarında cəza riski onları gözləyir.

Məsələn, əvvəllər top və piyadanın ata qalib gələcəyi məşhur nəzəriyyəsi var idi – hansı ki ikinci dünya çempionu Emanuel Lasker ilə o dövrün güclü oyunçusu Edvard Lasker arasındakı məşhur oyun bu fərziyyəyə meydan oxuyanadək:

Lasker, Emanuel vs. Lasker, Edvard

1/2-1/2 Nyu-York Beynəlxalq Turniri-01 Nyu-York 23 Mart 1924-cü il

93.Ab2 Şe4 94.Aa4 Şd4 95.Ab2 Tf3 96.Aa4 Te3 97.Ab2 Şe4 98.Aa4 Şf3 99.Şa3 Şe4 100.Şb4 Şd4 101.Ab2 Th3 102.Aa4 Şd3 103.Şxb3 Şd4+ ½–½

Hekayə belədir ki, oyundan sonra Edvard atın top və piyadaya qarşı heç-heçə edə biləcəyini heç düşünmədiyini söylədi! Günümüzdə hər bir şahmat ustası bu nümunə ilə tanışdır. Nəhayət, bu oyundan belə bir fərziyyə ortaya çıxdı ki, əksər hallarda top və piyada ata qarşı qalib gələ bilər. Lakin bu cür qələbə mövqeyində belə oyunçu atın istehkam quraraq və müdafiə etmə qabiliyyətinin fərqində olmalıdır.

Müasir dövrdə oyun artıq çox inkişaf etdiyindən şahmat anlayışımızda inqilab edən kəşflər etmək asan deyil. Nadir hallarda oyunçular fərziyyələrimizə meydan oxuyan bəzi yeni fikirlər ortaya qoyurlar.

Keçən həftə diqqətimizi çəkən belə bir məqam varıydı ki, dünyanın 2-ci ən yaxşı oyunçusu Fabiano Karuana Qədim Hind müdafiəsinin nadir variantına girdi və 2 at üçün 2 fildən imtina etdi. Ümumiyyətlə, 2 fil 2 at üzərində üstünlük hesab olunur, lakin burda Karuana filləri təsirsiz hala gətirmək üçün dinamik amillərdən istifadə etdi və nəticədə rəqibin ağ xanadakı fili oyunda fəal iştirak etmək fürsəti tapmadı.

Bu tvitdəki üz ifadəsinə baxsaq, görünür ki, Voytaşek bu ideyanın fərqində deyildi...

Buna baxmayaraq, Karuana bu qeyri-ənənəvi strategiyanı tətbiq edən ilk şəxs deyildi. Aşağıda göstərilən blits oyununda eyni məqam baş tutdu, baxmayaraq ki, nəticə Ağın lehinə idi:

Gubsky, Egor (2339) vs. Antipov, Mikhail Al (2567)

  1. RUS-ch blitz Sochi 17 Oct 2019 Round: 8 ECO: E94

A chess board with chess pieces

Description automatically generated with low confidence

14...F:c3! 15.Vc3 Vf6! … 1-0

Həftənin oyunu: Radoslav Voytaşek - Fabiano Karuana

Oyun analizinə nəzər yetirməzdən əvvəl bu kritik mövqeyi oyundan həll etməyə çalışın:

(Ağın gedişi)

A chess board with chess pieces

Description automatically generated with low confidence

Oyunun analizi:

(9) Voytaşek,Radoslav (2705) - Karuana,Fabiano (2823) [E94]

83rd Tata Steel Masters 2021 (9.4), 26.01.2021

[Durarbəyli,Vasif]

1.c4 [1.c4-ə qarşı Karuananın əsas xətti olan İngilis açılış oyununa dəvət.]

1 ... Af6 [Digər tərəfdən, Voytaşekin əsas silahı 1.d4-dür və mən güman edərdim ki, Karuana QədimHind müdafiəsini buna qarşı hazırlamışdı. Bu səbəbdən birbaşa belə bir dəyişikliyə getdi. Vəziyyət Qədim Hind müdafiəsinə tərəf çevrilir və Ağ həqiqətən bu açılışdan qaça bilməz.]

2.Af3 d6 3.d4 g6 4.Ac3 Fg7 5.e4 0–0 6.Fe2 e5 7.0–0 Fg4 [Nadir görülən oyuna davam. Yalnız qrossmeyster Skobern bu gedişi müvəffəq olmasa da müntəzəm oynamışdı.]

A picture containing text

Description automatically generated

8.Fe3 [Voytaşek 5 dəqiqə düşündükdən sonra ən əsas gedişatdan yayınmağa qərar verdi. Karuananın əsas qəliz xətdə nələr hazırladığını görmək istəmirdi. Bu şəkildə “yağışdan yayınsa da doluya düşdü”.]

[8.d5 Bu mövqedə çox sayda oyun yoxdur. Mövqe yenidir və əlavə təcrübə tələb edir; lakin qısa analizim nəticəsində bərabərləşdirmək üçün asan bir yol tapa bilmədim. 8 ... Ah5 Skoberne, bu mövqedə oynadığı 3 oyunun hamısında eyni hərəkəti getdi. (8...a5 Tipik gediş. B4-i dayandırır ki, at c5-də etibarlı şəkildə qala bilsin. 9.Fe3 Aa6 10.a3 (10.Ad2 Fxe2 (10...Fd7?! 11.a3 h5 12.h3 b6 13.Tb1 Ah7 14.Vc2 Ff6 15.b4 Fg5 16.Vd3 Fxe3 17.Vxe3 1–0 (43) Lysyj,I (2605)-Demchenko,A (2621) Khanty-Mansiysk RUS 2020) 11.Vxe2 Ad7 12.a3 f5 13.f3 Vh4 Kritik mövqe. Ağ burada 3 oyunun hamısını uduzdu.) 10...Ad7 11.h3 Fxf3 12.Fxf3 f5 13.Tb1 Vh4 14.b4 axb4 15.axb4 f4 16.Fd2 Ağ vəzir tərəfdəki irəliləyiş sayəsində daha yaxşı vəziyyətdədir. 1–0 (46) Gligoric,S-Bertok,M Sarajevo 1951) 9.Ae1 (9.Fg5 Ff6 (9...f6? 10.Fe3 Af4 11.Fxf4 exf4 12.Ad4 Fd7 13.Vd2 f5 14.exf5 Fxd4 15.Vxd4 Txf5 16.c5+– Yaxşı gediş etməmiş vəzir və zəif bir şah olduğu üçün Ağın böyük bir üstünlüyü var. 1–0 (37) Wagner,D (2543)-Skoberne,J (2555) Austria 2017) 10.Fxf6 Vxf6 11.g3 Fh3 12.Te1 a5 13.Vd2 Aa6= 1–0 (33) Fridman,D (2637)-Skoberne,J (2563) Batumi 2018) 9...Fxe2 10.Vxe2 Af4 11.Vd1 a5 12.Fe3 Aa6 13.a3!?N (13.Ad3?! Axd3 14.Vxd3 f5= ½–½ (37) Sumets,A (2568)-Skoberne,J (2553) Nova Gorica 2018) 13...Vd7 14.Tb1 Ac5 15.Fxc5 dxc5 16.g3 Ah3+ 17.Şg2 b6 18.Ad3 Ağın mövqeyi daha yaxşıdır.]

8...Fxf3! [Bu hərəkət fili e4 piyadanı müdafiə etməli olduğu nataraz f3 xanasına məcbur qoyur. Üstəlik, Qara irəliləyiş üçün bəzi templər əldə edir.]

9.Fxf3 exd4 10.Fxd4 Ac6 11.Fe3 Te8

A picture containing timeline

Description automatically generated

12.Vd2 [12.Vc2 h5 13.h3 Ad7 14.Tad1 Fxc3! 15.Vxc3 Vf6 Oyun üçün demək olar ki, eyni mövqe. 1–0 (64) Gubsky,E (2339)-Antipov,M (2567) Sochi 2019; 12.Vc1!?N Qaranın ideyasını dayandırmaq üçün maraqlı bir cəhd. 12...Ad7 13.Fg5 Vb8! Qara a6 və b5-i oynamaq istəyir. (13...Ff6 14.Fxf6 Vxf6 15.Vd2 İndi Qara e4 üzərində təzyiq yarada bilmir. Ağın mövqeyini üstün tuturam.) 14.Tb1!? Burdakı fikir bəzi dəyişikliklərdə b4-ə getməkdir. . (14.g3 Ad4 (14...Ade5 15.Fg2 Axc4 16.Ad5 Ab6 17.Af6+ Fxf6 18.Fxf6 Ağın mövqeyi daha yaxşıdır.) 15.Fg2 a6 16.Şh1 b5 17.cxb5 axb5 18.Ad5 Ta7 Kritik vəziyyət.) 14...Ad4 15.Fd1 a6 16.Fe3 b5 17.cxb5 axb5 18.b4 c6 19.Vd2 Va7 Kritik vəziyyət.]

12...Ad7 13.Tad1 Fxc3!N [13...Ac5 14.g3!N Ağ f3-ə piyadanı gedib e4-ü müdafiə edərsə, vəziyyət onun üçün əlverişli olar. (14.Tfe1 a5 15.b3 Fxc3! Ağın Qb3 gedişi yoxdur. Ayrıca, h4 güvənli deyil. 16.Vxc3 Axe4 17.Fxe4 Txe4 18.Fh6 Te5 19.Txe5 Axe5 20.f4 Vh4 21.fxe5 Vxh6 22.exd6 cxd6 23.Txd6 Te8 24.h3 Vh4 25 Vd4= ½–½ (25) Sirota,A (2384)-Salceanu,V (2512) ICCF email 2000) 14...Fxc3 15.Vxc3 Axe4 16.Fxe4 Txe4 17.Fh6 f6 Tək gediş. 18.Vb3 Vd7 19.c5+ Şh8 20.Vxb7 Td8 21.cxd6 cxd6 22.Vxd7 Txd7 Ağın səmərəli mövqeyi var.]

14.Vxc3 Vf6 [İndi Ağ heç vaxt g3-ə oynaya bilməyəcək, çünki Ff3 Vf6 tərəfindən hücum altındadır.]

A chess board with chess pieces

Description automatically generated with low confidence

15.Vc1?! [30 dəqiqə. Voytaşek rəqibin əvvəlcədən hazırlaşa bilməyəcəyi bir şey yaratmağa çalışırdı. Bu tipik bir reaksiyadır. Oyunçu "analiz proqramına qarşı" oynamaqdan çəkinməyə çalışır.]

[15.Vc2 Ən təbii gediş. 15...Ac5 16.b3 h5 17.h3 a5 18.a3 E4 piyadasını qazanmaq üçün, Qara e faylında topları iki dəfə artırmalıdır. Ağın buna qarşı əks oyunu b4 və e5 ideyalarına əsaslanır. Nümunə versiyaları bunlardır. 18...Te6 (18...Te7 19.b4 axb4 20.axb4 Axb4 21.Vd2 Ac6 22.Fg5 Ve6 23.Fxe7 Vxe7 24.Ta1 Bərabərliyə yaxınlaşır.) 19.e5 Txe5 (19...Axe5 20.Fd5 Te7 21.b4 axb4 22.axb4 Ağ üstünlüyə malikdir.) 20.b4 axb4 21.axb4 Axb4 22.Vc3 Ac6 23.Fxc6 bxc6 24.Fd4 Tarazlı mövqe.]

15...Ac5 16.Vb1 [16.Fg5 Bir az paradoksal olsa da Ağ c4 piyadası əvəzinə mərkəzdəki piyadanı qurban verməlidir. Proqram Ağın mərkəzi piyada üçün əvəz edəni olduğunu düşünür. 16...Ve6 17.h3 Ae5 18.Fe2 Axe4 19.Fh4 Ağ şah tərəfə piyadaları getmək və qarşı tərəfin şahına hücum vəziyyəti yaratmaq istəyir.]

16...Ve6 17.Tfe1 [17.b3!? Və yenidən Ağ e4 piyadasını qurban verə bilər. 17...Axe4 18.Tde1 f5 19.Fc1 d5 20.cxd5 Vxd5 21.Vc2 Çətin vəziyyət.]

17...Vxc4

A picture containing text, chessman, checker

Description automatically generated

18.b3 Vc3 19.Fd2 Vf6 20.Fc1 [Qara piyadanın üstündür, lakin piyadanın üstünlüyündən istifadə etmək asan deyil. Bu İki filin gücüdür. Ağ bunlardan birindən imtina edib bir az daha pis, lakin davam edilə biləcək sonluğa girə bilər.]

20...h5 21.Fb2 Ae5 22.Fe2 h4 23.Vc1 [ f4 təhlükə altındadır]

A picture containing chessman, checker

Description automatically generated

23...g5 24.Fb5?! [24.b4! Mövqe Ağdan dinamik bir oyun tələb edir. 24...Ae6 25.Fg4 Be6 və Qc7 təhlükə altındadır. 25...Vf4 (25...Te7 26.Ff5 Ən azından fil hazırda aktiv xanadadır. 26...Af4 (26...Ag7 27.f4 gxf4 28.Vxf4 Qurban verilmiş piyadaya təşəbbüs.) 27.Te3 g3 ideyası ilə. 27...Vh6 g3-ü dayandırır. 28.Vc2 (28.g3?? Af3+ 29.Txf3 Ae2+ 30.Şg2 Axc1–+) 28...Tae8 29.b5 İki tərəfli mövqe.) 26.Fxe6 Txe6 27.Fxe5 Vxc1 28.Txc1 Txe5 29.Txc7 a5=]

24...Te7 25.Te3 Vg6?! [25...a6! 26.Fe2 Vg6 İndi Ağın Bd7 seçimi yoxdur.]

A chess board with chess pieces

Description automatically generated with low confidence

26.Fe2 [26.Fxe5! İki fili geri qaytarmağın vaxtı gəldi. 26...Txe5 27.b4 Ae6 28.Fd7! Vg7 29.Fxe6 fxe6 30.Tc3 Tc8 31.Txd6= Txe4 32.f3 Td4 33.Txe6 Tcd8 34.Te1 Td1 35.Txd1 Txd1+ 36.Vxd1 Vxc3]

26...Tae8 27.Vc2 Ae6

A picture containing application

Description automatically generated

28.f3? [Bu ciddi bir səhvdir. Bu hərəkətdən sonra vəziyyət ümidsizdir.]

[28.h3! Bg4 seçimini açıq saxlayır. 28...Af4 29.Fxe5! dxe5 (29...Txe5 30.Vxc7=; 29...Axe2+ 30.Txe2 dxe5 31.Te3 Əlavə piyada ilə son oyun, qazanmaqdan daha çox çəkilməyə yaxındır.) 30.Fg4 Qara üçün əlavə piyada gedişi etmək çətindir.]

28...Af4 [Ağ xana fili indi passivdir və Ağın şahı təhlükədədir. Qara açıq şəkildə üstünlüyü var.]

29.Ff1 c6 [D5-i hazırlayır.] 30.Vf2 Te6 31.Tc3 d5! 32.g3 [Ağ passiv olan atı götürməyə qərar verir, lakin onun üçün daha yaxşı strategiya tapmaq çətindir. Yalnız Re3 ilə mübarizəni uzada bilərdi.]

A chess board with chess pieces

Description automatically generated with low confidence

[32.Te3 dxe4 33.Txe4 Vf5 34.Td2 a6 35.b4 Ad5 36.a3 h3–+]

32...hxg3 33.hxg3 dxe4 [33...g4 Bu gediş proqrama görə daha dəqiqdir.

34.gxf4 Axf3+ 35.Şg2 Vxe4 36.Vg3 (36.Şg3 Vh7 37.Txf3 gxf3 38.Vxf3 (38.Fd3 f5 39.Tg1 Tg6+ 40.Şxf3 Vh5+ 41.Tg4 Vxg4#) 38...Te3–+) 36...Ad2+ 37.Şg1 Th6 38.Fg2 Ve2 39.Tdc1 Ae4 40.Fxe4 Vxe4 41.Vg2 Vd4+ 42.Vf2 Th1+ 43.Şxh1 Vxf2–+]

34.gxf4 [34.fxe4 Dərhal uduzmur. Real olaraq, bu yalnız zaman məsələsidir. 34...Ah5]

A chess board with chess pieces

Description automatically generated with low confidence

34...gxf4+! 35.Vg2 exf3 36.Vxg6+ Txg6+ 37.Şh1 [37.Şf2 Tg3!–+ Ng4-dən qaçış yoxdur.]

37...f2 38.Fh3 Ac4! 39.Txc4 Te1+–+

0–1

İngilis versiyası Chess: Best game of the week

Son xəbərlər

Orphus sistemi