Həbib Nurməhəmmədov karyerasını nə üçün bitirdiyini bildirdi

Həbib Nurməhəmmədov karyerasını nə üçün bitirdiyini bildirdi Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov UFC-də sonuncu döyüşünü keçirdiyini bildirib.
Fərdi
25 Oktyabr , 2020 01:07
Həbib Nurməhəmmədov karyerasını nə üçün bitirdiyini bildirdi
Həbib Nurməhəmmədov

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov UFC-də sonuncu döyüşünü keçirdiyini bildirib.

Bu barədə “Report” Rusiya mətbuatına istinadən xəbər verir.

O, Castin Qetji ilə döyüşdən sonra karyerasını başa vurduğunu deyib. Qeyd edək ki, Nurməhəmmədov Qetjiyə qalib gələrək yüngül çəkidə çempionluq titulunu qoruyub. Döyüş ikinci raundda 31 yaşlı dağıstanlının boğucu fəndlə qalibiyyəti ilə başa çatıb. Bu, Nurməhəmmədov üçün professional karyerasında 29-cu ardıcıl qələbə olub.

"Bu gün UFC-də son döyüşüm idi. UFC-dən istədiyim bu çərşənbə axşamı çəki kateqoriyasından asılı olmayaraq döyüşçülərin reytinqində birinci yeri tutmaq idi", - Nurməhəmmədov deyib.

“Mən dağ kəndindən adi oğlanam. Qardaşım dedi ki, “Google” mənim planetdə ən çox müzakirə edilən insan olduğumu deyir. Mən inanmadım. Sadəcə atamla birlikdə çempion olmaq istəyirdim. Hər şeyin belə çiyinlərimə düşəcəyini düşünmürdüm.

Əgər valideynləriniz varsa, onların yanında olun, vəssalam, mənim bir valideynim qaldı – bu, anamdır, istərdim ona daha çox vaxt ayırım”, - Həbib Nurməhəmmədov əlavə edib.

"Bu mənim son döyüşüm idi. UFC-dən Castinlə bağlı zəng edəndə anamla 3 gün söhbət etdim. O, mənim atam olmadan döyüşməyimi istəməzdi. Ancaq mən söz verdim ki, bu, son döyüşümdür. Söz verdim və buna əməl etməliyəm. Bu, UFC-də son döyüşüm idi", - Nurməhəmmədov deyib.

Daha əvvəl Mütləq Döyüş Çempionatının yüngül çəkidə rusiyalı kəmər sahibi idmandan nə vaxt gedəcəyi barədə danışıb.

Son xəbərlər

Orphus sistemi