Nurməhəmmədov - Qetji döyüşü azarkeşsiz keçiriləcək

Nurməhəmmədov - Qetji döyüşü azarkeşsiz keçiriləcək Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovla amerikalı Castin Qetji arasında döyüş tamaşaçısız keçiriləcək.
Fərdi
13 Sentyabr , 2020 16:21
Nurməhəmmədov - Qetji döyüşü azarkeşsiz keçiriləcək
Həbib Nurməhəmmədov və Castin Qetji

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovla amerikalı Castin Qetji arasında döyüş azarkeşsiz keçiriləcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Nurməhəmmədov Moskvada döyüş sənətləri forumunda onlayn-konfrans zamanı bildirib.

"Yarış qapalı olacaq, azarkeşlər olmayacaq. Ona görə əzizlərim məni səhnə arxasında gözləyəcəklər - mehmanxanada", - Nurməhəmmədov deyib.

Təkbətək döyüş UFC 254 turniri çərçivəsində 24 oktyabrda "Döyüş adası"nda (Əbu-Dabi, BƏƏ) keçiriləcək. 31 yaşlı Nurməhəmmədov hazırda Dubaydadır, o, döyüşə hazırlığını davam etdirir.

Son xəbərlər

Orphus sistemi