Hacı Əliyev Rusiyada beynəlxalq turnirdə iştirak edəcək

Fərdi
  • 08 oktyabr, 2019
  • 13:57
Hacı Əliyev Rusiyada beynəlxalq turnirdə iştirak edəcək
awf-az.org

Oktyabrın 10-da Rusiyanın Yakutsk şəhərində Dmitri Korkinin xatirəsinə həsr olunan sərbəst güləş üzrə beynəlxalq turnir start götürəcək.

"Report" xəbər verir ki, beş gün davam edəcək yarışda Azərbaycanı yığmanın böyük məşqçisi Zəlimxan Hüseynovun rəhbərliyi altında Pərviz İbrahimov (57 kq), Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq), Abubakr Abakarov (79 kq) və Aleksandr Qostiyev (86 kq) təmsil edəcək.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Bəşir İsazadə Memorialda ədaləti qoruyacaq.

44 filmi