Azərbaycan yığmalarının Kiyev turniri üçün heyəti açıqlandı

Azərbaycan yığmalarının Kiyev turniri üçün heyəti açıqlandı Azərbaycanı sərbəst və qadın güləşçilər təmsil edəcək
Fərdi
115
25 Fevral , 2021 11:15
Azərbaycan yığmalarının Kiyev turniri üçün heyəti açıqlandı

Azərbaycanı sərbəst və qadın güləşçiləri Ukraynanın paytaxtı Kiyevdə beynəlxalq turnirə qatılacaq.

Federasiyadan "Report"a verilən məlumata görə, Ukraynanın məşhur güləşçiləri və məşqçilərinin xatirəsinə keçiriləcək ənənəvi yarış fevralın 26-da başlayacaq.

Böyük məşqçi Zəlimxan Hüseynovun və məşqçi Arif Abdullayevin rəhbərliyi altında sərbəst güləş millisinin 12 üzvü çıxış edəcək. Heyətdə Mahir Əmiraslanov, Əfqan Xaşalov, İslam Bazarqanov (hamısı 57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Əli Rəhimzadə, Turan Bayramov (hər ikisi 65 kq), Cəbrayıl Hacıyev (70 kq), Əşrəf Aşırov (74 kq), Rəşad Yusifli (79 kq), Osman Nurməhəmmədov (92 kq), İslam İlyasov (97 kq) və Vahid Qalayev (125 kq) yer alıb.

Fevralın 28-dək davam edəcək turnirdə qadınlardan ibarət millinin 9 güləşçisi qüvvəsini sınayacaq. Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (50 kq), Leyla Qurbanova, Tatyana Varansova (hər ikisi 53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq), Gözəl Zutova və Səbirə Əliyeva (hər ikisi 76 kq) mübarizə aparacaq.

Qeyd edək ki, görüşlərin idarə edilməsində ölkəni beynəlxalq dərəcəli hakimlər Vaqif Zeynallı və Həbib Nurulu təmsil edəcək.

Son xəbərlər

Orphus sistemi