Azərbaycan yığması Qran Priyə Kislovodskda hazırlaşır
Fərdi
- 13 yanvar, 2015
- 06:13
Bakı. 13 yanvar. REPORT.AZ/ Sərbəst güləş üzrə Azərbaycan yığma komandası ilin ilk təlim-məşq toplanışına başlayıb. "Report"un güləş federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, yığma üzvləri baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudov, məşqçi David Kurtsiya və gənclərdən ibarət yığma komandanın böyük məşqçisi Əsgərxan Novruzovun rəhbərliyi altında Rusiyanın Kislovodsk şəhərində hazırlıq keçirlər.
Yanvarın 7-dən başlayan toplanışda böyüklərdən ibarət millinin 21, gənclər yığmasının 9 güləşçisi iştirak edir.
Qeyd edək ki, təlim-məşq toplanışına yanvarın 24-də yekun vurulacaq. Daha sonra Azərbaycan yığması Fransanın paytaxtı Parisdə keçiriləcək Qran Pri turnirində ilin ilk sınağına çıxacaq.
Son xəbərlər
06:43
Ağdama qayıdan keçmiş məcburi köçkün: Sevincimin həddi-hüdudu yoxdur
Daxili siyasət06:37
Ağdam sakini: Ağlaya-ağlaya çıxdığımız yurdumuza sevinc gözyaşı ilə qayıdırıq
Daxili siyasət05:57
Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 974-ə çatıb
Digər ölkələr05:20
ABŞ-də keçmiş dəstə lideri Tupakın qətlində təqsirkar bilinib
Digər ölkələr04:58
Bessent Ukraynadakı müharibə bitənə qədər ABŞ-Rusiya razılaşmasını istisna edib
Digər ölkələr04:15
UKMTO: Oman sahillərində gəmiyə hücum edilib
Digər ölkələr03:55
ABŞ Konqresi İraqa helikopterlərin satışı ilə bağlı razılaşmanı nəzərdən keçirəcək
Digər ölkələr03:24
Nyu-Yorkda yoldan keçənlərə bıçaqla hücum edən qadın öldürülüb
Digər ölkələr02:56