​Güləş üzrə Azərbaycan yığmasının Dünya çempionatı üçün heyəti açıqlanıb

​Güləş üzrə Azərbaycan yığmasının Dünya çempionatı üçün heyəti açıqlanıb Mundialda 8 yunan-Roma və 8 sərbəst güləşçi mübarizə aparacaq
Fərdi
26 Avqust , 2015 14:11
​Güləş üzrə Azərbaycan yığmasının Dünya çempionatı üçün heyəti açıqlanıb

Bakı. 26 avqust. REPORT.AZ/ Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində keçiriləcək güləş üzrə dünya çempionatında çıxış edəcək sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan milli komandalarının heyətləri açıqlanıb. "Report"un məlumatına görə, heyətdə 8 yunan-Roma və 8 sərbəst güləşçi yer alıb.

Yarışların ilk iki günündə mübarizə aparacaq yunan-Roma güləşi üzrə yığmanın heyəti Rövşən Bayramov (59 kq), Həsən Əliyev (66 kq), Rəsul Çunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), Saman Təhmasibi (85 kq), Orxan Nuriyev (98 kq) və Sabah Şəriətidən (130 kq) ibarət olacaq. Azəraycan pəhləvanları baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında mübarizə aparacaq.

Dünya çempionatında sərbəst güləş yarışlarında Azərbaycanın idman şərəfini Mahir Əmiraslanov (57 kq), Hacı Əliyev (61 kq), Toğrul Əsgərov (65 kq), Ruslan Dibirhacıyev (70 kq), Cəbrayıl Həsənov (74 kq), Məhəmmədhacı Xatiyev (86 kq), Xetaq Qazyumov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) qoruyacaq. Onlara baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiya rəhbərlik edəcək.

Qeyd edək ki, dünya çempionatı sentyabrın 7-dən 12-dək keçiriləcək.

Son xəbərlər

Orphus sistemi