"Global Media Group" şahmat turniri təşkil edib

Fərdi
  • 07 may, 2026
  • 17:20
Global Media Group şahmat turniri təşkil edib

"Global Media Group"un tərkibində fəaliyyət göstərən media qurumlarının əməkdaşları arasında şahmat turniri keçirilib.

"Report"un məlumatına görə, Respublika Şahmat Mərkəzində baş tutan yarış Azərbaycan Şahmat Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin dəstəyi ilə təşkil olunub.

Turnirdə "Report" İnformasiya Agentliyi, "Global Management" autsorsinq şirkəti, "Baku TV" televiziya kanalı, "Caliber" informasiya-analitik portalı, "Oxu.az" və "Baku.ws" xəbər portallarının əməkdaşları 7 turdan ibarət İsveçrə sistemi əsasında güclərini sınayıblar. Yarışın yekununa əsasən, "Oxu.az" əməkdaşı Zaur Həsənəliyev birinci, "Report" İnformasiya Agentliyinin əməkdaşı Sənan Ağamalızadə ikinci, "Baku.ws"in təmsilçisi Rəfael Rüstəmov isə üçüncü yeri tutub.

Qaliblər pul mükafatı, sertifikat və Azərbaycan Şahmat Federasiyası tərəfindən təqdim olunan şahmat dəstləri ilə təltif ediliblər. Digər iştirakçılara isə fəal iştiraklarına görə təşəkkürnamələr təqdim olunub.

"Global Media Group" 2017-ci ildə təsis edilən aparıcı media şirkətlər qrupudur. Qrupa Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər media resursları daxildir.

"Global Media Group" haqqında daha ətraflı məlumat əldə etmək üçün www.gmg.az veb-saytına və şirkətin müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook | Instagram | LinkedIn | YouTube) müraciət edə bilərsiniz.