Fərid Qayıbov: "Bəzən idmançılarımızın uğurlarında müxtəlif səbəblər axtarırıq"

Fərid Qayıbov: "Bəzən idmançılarımızın uğurlarında müxtəlif səbəblər axtarırıq" "Düşündük ki, müasir loqoya ehtiyac var. Qərar verdik ki, elan edək. 100-dən artıq təklif gəldi. Sonda qalib loqonun üzərində dayandıq. İlk öncə xeyirli olsun. Loqo müasir tələblərə cavab verir".
Fərdi
18 Mart , 2022 12:38
Fərid Qayıbov: Bəzən idmançılarımızın uğurlarında müxtəlif səbəblər axtarırıq
Fərid Qayıbov

"İdmançılarımız yarışlardan qayıdanda bəzilərimiz müxtəlif səbəblər axtarmağa başlayırıq ki, orada hansı ölkələr iştirak etmirdi, kimlər gəlməmişdi, güclü idmançılar var idi, ya yox".

"Report"un məlumatına görə, bunları gənclər və idman naziri Fərid Qayıbov Rusiya və Belarus idmançılarının sanksiyalarla əlaqədar beynəlxalq yarışlarda iştirak etməməsinin Azərbaycan təmsilçilərinə üstünlük verib-verməməsi barədə danışarkən deyib.

Nazir bildirib ki, kimlərin olmasından asılı olmayaraq, sərbəst güləş yığması U-23 Avropa çempionatında qələbə qazanıb: "Xeyirli-uğurlu olsun. İnanıram ki, bu qalibiyyətlər gələcəkdə də davam edəcək. Qızıl medalı qorumaq onu qazanmaqdan daha çətindir. Güləşçilərimiz bu yerə layiq olduqlarını yenə sübut edəcəklər".

Azərbaycan Prezidenti İlham Əliyevin Avropa çempionatının iştirakçısı olmuş gənc güləşçiləri qəbul etməsinə də toxunan F.Qayıbov bunun böyük stimul olduğunu söyləyib: "Hansı ölkə başçısı idmançılara belə qiymət verir? Bilirsiniz ki, gənc sərbəst güləşçilərimiz U-23 Avropa çempionatında komanda hesabında qalib gəldi. İlk dəfə medal sıralamasında birinci olduq. Cənab Prezident idmançılarımızı qəbul etdi. Gənclərimiz və idmançılarımız üçün yaxşı mesajlar verdi. Artıq qalib xalqıq. Bütün idmançılarımız o qayğını dünən də hiss etdilər. Azərbaycanda hər zaman nüfuzlu yarışlardan sonra bu qayğı olub. Ölkə başçısının bu yarışları izləməsi, onlara diqqət göstərməsi idmançılar üçün böyük stimuldur".

Son xəbərlər

Orphus sistemi