"Formula 1" üzrə Rusiya Qran-prisinə start verilib.
"Report"un məlumatına görə, Soçidə təşkil edilən yarışda artıq ilk test yürüşü başa çatıb. Ən yaxşı nəticəni "Mercedes"in pilotu Valtteri Bottas göstərib. "Renault"dan Daniel Rikkardo ikinci, "Red Bull"un sürücüsü Maks Ferstappen üçüncü yerlə kifayətlənib.
"Mercedes"in digər pilotu Lüis Hemilton isə uğursuz çıxış edərək, 19-cu ola bilib.
"Williams"dan Nikolas Latifi qəza səbəbindən qırmızı bayraqla dayandırılıb, komandanın bolidinə ciddi ziyan dəyib. Yarışda "McLaren"in pilotu Karlos Sayns da qəza törədib, avtomobilin arxa hissəsi xəsarət alıb.
Qeyd edək ki, Rusiya Qran-prisinə sentyabrın 26-da yekun vurulacaq.