"Formula 1" üzrə mövsümün ilk Qran-prisinin qalibi müəyyənləşib

"Formula 1" üzrə mövsümün ilk Qran-prisinin qalibi müəyyənləşib Melburn şəhərindəki Albert Park avtodromunda Formula 1 üzrə Avstraliya Qran-prisi keçirilib.
Fərdi
17 Mart , 2019 11:53
Formula 1 üzrə mövsümün ilk Qran-prisinin qalibi müəyyənləşib

Melburn şəhərindəki "Albert Park" avtodromunda "Formula 1" üzrə Avstraliya Qran-prisi keçirilib.

"Report"un məlumatına görə, dünya çempionatının ilk mərhələsində qalib adını "Mercedes" pilotu Valtteri Bottas əldə edib.

Finlandiyalı idmançı yürüşün sonunadək dominantlığı əldən verməyib.

Onun britaniyalı komanda yoldaşı, son dünya çempionu Lüis Hemilton ikinci, "Red Bull"un hollandiyalı pilotu Maks Ferstappen üçüncü yeri tutub.

Qeyd edək ki, ümumilikdə 20 pilotdan Romen Qrojan ("Haas"), Daniel Rikkardo ("Renault") və Karlos Sayns ("Maklaren") finişə çata bilməyib. Növbəti Qran-pri 29 - 31 martda Bəhreyndə olacaq. Üçüncü mərhələ 12 - 14 apreldə Çində təşkil ediləcək. Daha sonra 26 - 28 apreldə Bakıda Azərbaycan Qran-prisi keçiriləcək. Dünya çempionatı ümumilikdə 21 mərhələdən ibarətdir.

Son xəbərlər

Orphus sistemi