“Formula-1”üzrə Azərbaycan Qran-prisinin iştirakçısı cərimələnəcək

“Formula-1”üzrə Azərbaycan Qran-prisinin iştirakçısı cərimələnəcək Bakı. 28 aprel. REPORT.AZ/ “Renault” komandasının sürücüsü Niko Hülkenberq “Formula-1” üzrə Azərbaycan Qran-prisində cəriməyə məruz qalacaq.
Fərdi
28 Aprel , 2018 17:19
“Formula-1”üzrə Azərbaycan Qran-prisinin iştirakçısı cərimələnəcək

Bakı. 28 aprel. REPORT.AZ/ “Renault” komandasının sürücüsü Niko Hülkenberq “Formula-1” üzrə Azərbaycan Qran-prisində cəriməyə məruz qalacaq.

“Report”un məlumatına görə, almaniyalı pilot yarış günü start düzülüşündə beş mövqe itirəcək.

Buna səbəb üçüncü sərbəst yürüş zamanı problemlə üzləşən Hülkenberqin bolidinin ötürücü qutusunun dəyişdirilməsidir. “Formula-1”in texniki reqlamentinə əsasən, bu cür hallar üçün cərimə nəzərdə tutulub.

Qeyd edək ki, aprelin 29-da saat 14:40 - 15:10-da pilotların trek paradı keçiriləcək. Saat 15:56-da Azərbaycan Respublikasının Dövlət Himni səsləndiriləcək. Saat 16:10-da isə “Formula-1” üzrə 2018-ci il Azərbaycan Qran-prisinə start veriləcək. Yarış 51 dövrə və ya 120 dəqiqəni əhatə edəcək

Son xəbərlər

Orphus sistemi