“Formula 1” üzrə Azərbaycan Qran Prisində əyləncəsevərlərə xüsusi imkan təklif edilib

“Formula 1” üzrə Azərbaycan Qran Prisində əyləncəsevərlərə xüsusi imkan təklif edilib Bakı. 24 aprel. REPORT.AZ/ Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) “Formula 1” üzrə Azərbaycan Qran Prisi ərzində hər gün axşam saatlarından etibarən ardıcıllıqla keçiriləcək konsert və partilərdə dünya ulduzları, eləcə də məşhur DJ-lərə ən yaxın mövqedə yer tutmaq istəyən əyləncəsevərlərə xüsusi imkan təklif edir.
Fərdi
24 Aprel , 2018 18:41
“Formula 1” üzrə Azərbaycan Qran Prisində əyləncəsevərlərə xüsusi imkan təklif edilib

Bakı. 24 aprel. REPORT.AZ/ Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) “Formula 1” üzrə Azərbaycan Qran Prisi ərzində hər gün axşam saatlarından etibarən ardıcıllıqla keçiriləcək konsert və partilərdə dünya ulduzları, eləcə də məşhur DJ-lərə ən yaxın mövqedə yer tutmaq istəyən əyləncəsevərlərə xüsusi imkan təklif edir.

BŞH-dan “Report”a verilən məlumata görə, arzuedən hər kəs “Golden Circle” adlanan səhnənin tam qarşısındakı hissəyə bilet alaraq Bakıya təşrif buyurmuş dünya şöhrətli sənətçilərin möhtəşəm performanslarını ən yaxından izləyə biləcəklər.

Yarışa bileti olan tamaşaçılar “Golden Circle” imkanından yararlana biləcəklər. Bunun üçün bilet sahibləri aldıqları biletə ya gündəlik əlavə 80 manat, ya da bir dəfəyə üç gün üçün cəmi 200 manat ödəniş etməlidirlər.

Bütün bilet sahibləri aprelin 27-29-da axşam saatlarından etibarən keçiriləcək konsert və əyləncə proqramlarında pulsuz iştirak edə biləcəklər. Aprelin 27-si əvvəlcə səhnəyə Jamiroquai qrupu çıxacaq və sonra onun ardınca gecə saatlarında DJ Afrojack-ın iştirakı ilə əyləncə proqramı baş tutacaq. Aprelin 28-i bir-birinin ardınca səhnədə Kristina Aqilera ilə Axwell Λ Ingrosso, aprelin 29-da isə Dua Lipa ilə Martin Solveig yer alacaq.

Həmçinin DJ-lərin iştirakı ilə baş tutacaq partilərə biletlər gündəlik satılır və bu biletlərin birgünlük qiyməti “Golden Circle” üçün 50 manat, digər yerlər üçünsə 30 manat təşkil edir. Əyləncə həvəskarları partilər üçün biletləri www.iticket.az saytına daxil olaraq onlayn şəkildə və ya şəhərin müvafiq kassalarından ala bilərlər.

Son xəbərlər

Orphus sistemi