Bu il keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran Prisi üçün media akkreditasiyası ilə bağlı seminar keçirilib.
"Report"un məlumatına görə, tədbirdə jurnalistlər iştirak ediblər.
Azərbaycan Qran Prisinin mətbuat katibi Turab Teymurov yarışla bağlı məlumat verib. Daha sonra media akkreditasiya prosesi barədə danışılıb.
Bakıdakı yarış üçün jurnalistlərin qeydiyyat prosesinin fevralın 1-dən martın 10-dək davam edəcəyi diqqətə çatdırılıb.
Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 apreldə baş tutacaq.