"Formula 1" üzrə 2020-ci il Azərbaycan Qran-prisinin dəqiq cədvəli açıqlanıb - FOTO

"Formula 1" üzrə 2020-ci il Azərbaycan Qran-prisinin dəqiq cədvəli açıqlanıb - FOTO Formula 1 üzrə 2020-ci il mövsümü üçün mərhələlərin dəqiq cədvəli dərc olunub.
Fərdi
11 Yanvar , 2020 10:16

"Formula 1" üzrə 2020-ci il mövsümü üçün mərhələlərin dəqiq cədvəli dərc olunub.

"Report"un məlumatına görə, bu il Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçiriləcək.

Sərbəst yürüşlərdən ikisi ilk yarış gününə (13:00 - 14:30 və 17:00 - 18:30), sonuncusu isə 6 iyuna (14:00 - 15:00) təsadüf edəcək. İkinci yarış günündə həm də təsnifat yürüşü (17:00 - 18:00) keçiriləcək.

Nəhayət, 7 iyun saat 16:10-da yarışa start veriləcək.

Qeyd edək ki, Azərbaycan Qran-prisi bu il ardıcıl 5-ci dəfə təşkil olunacaq. 

Son xəbərlər

Orphus sistemi