Yuxarı
    Bağlamaq

    Formula 1 pilotu Monakoda boğulan uşağı xilas edib

    Pilotun özü baş verənləri şərh etməkdən imtina edib

    Bakı. 2 aprel. REPORT.AZ/ "Mercedes"in şərəfini qoruyan Formula 1 pilotu Niko Rosberq Monakoda boğulan uşağı xilas edib.

    "Report" "Bild"ə istinadən xəbər verir ki, pilot qızı ilə Monako sahillərində gəzərkən beş yaşlı uşağın suda batmağa başladığını görüb. Dərhal elə əynindəki paltarla suya girən N.Rosberq uşağı sudan çıxararaq onun həyatını xilas edib.

    Pilotun özü baş verənləri şərh etməkdən imtina edib. Hadisə barədə onun menecerləri xəbər verib.

    Qeyd edək ki, martın 20-də 30 yaşlı N.Rosberq Avstraliya Qran Prisini qazanıb. O, 2006-cı ildən Formula 1-də çıxış edir. Karyerası ərzində alman pilot 15 qələbə qazanıb, 42 dəfə podiuma qalxıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi