“Formula 1”lə əlaqədar Bakıda bəzi avtobusların və metronun iş vaxtı uzadılıb - SİYAHI

“Formula 1”lə əlaqədar Bakıda bəzi avtobusların və metronun iş vaxtı uzadılıb - SİYAHI Bakı. 9 aprel. REPORT.AZ/ Formula 1 üzrə Azərbaycan Qran Prisi zamanı tamaşaçıların trekə, dənizkənarı bulvarda yerləşəcək F1 Şəhərciyinə və bilet aldıqları tribunalara gediş-gəlişini təmin edəcək ictimai nəqliyyat vasitələri müəyyənləşib.
Fərdi
113
9 Aprel , 2018 11:57
“Formula 1”lə əlaqədar Bakıda bəzi avtobusların və metronun iş vaxtı uzadılıb - SİYAHI
Report

Bakı. 9 aprel. REPORT.AZ/ "Formula 1" üzrə Azərbaycan Qran Prisi zamanı tamaşaçıların trekə, dənizkənarı bulvarda yerləşəcək F1 Şəhərciyinə və bilet aldıqları tribunalara gediş-gəlişini təmin edəcək ictimai nəqliyyat vasitələri müəyyənləşib.

Bu barədə "Report"a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib. Bildirilir ki, yarış ərəfəsində Bakının mərkəzi küçələrində nəqliyyatın fasiləsiz hərəkətini təmin etmək üçün hazırlanan Nəqliyyatın İdarə Olunması planına əsasən, trekin yaxınlığından keçən 65, 5 və 53 nömrəli avtobuslar səhər saat 6:00-dan gecə saat 4:00-dək, 28 May və İçəri Şəhər metro stansiyaları saat 6:00-dan gecə saat 2:00-dək fəaliyyət göstərəcək.

Qeyd edək ki, Azərbaycan Qran Prisi 27 - 29 apreldə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi