"Formula 1" koronavirus testlərinin nəticələrini açıqladı

"Formula 1" koronavirus testlərinin nəticələrini açıqladı Beynəlxalq Avtomobil Federasiyası (FİA) və "Formula 1" koronavirus testlərinin nəticələrini açıqlayıb.&
Fərdi
4 İyul , 2020 12:15
Formula 1 koronavirus testlərinin nəticələrini açıqladı

Beynəlxalq Avtomobil Federasiyası (FİA) və "Formula 1" koronavirus testlərinin nəticələrini açıqlayıb. 

"Report" "Formula 1"in rəsmi saytına istinadən xəbər verir ki, 26 iyun - 2 iyulda 4032 şəxs testdən keçib. Onlardan heç birinin nəticəsi müsbət olmayıb. 

Qeyd edək ki, "Formula 1"də yeni mövsüm Avstriya Qran-prisi ilə bərpa olunub. Buradakı yarış iyulun 5-də başa çatacaq. 

"Formula 1"də ilk 8 Qran-prinin təqvimi məlumdur. Avstriyadan sonra Macarıstan (17 - 19 iyul), Böyük Britaniya (31 iyul - 2 avqust, 7 - 9 avqust), İspaniya (14 - 16 avqust), Belçika (28 - 30 avqust), İtaliya (4 - 6 sentyabr) Qran-priləri baş tutacaq. Bütün yarışlar azarkeşsiz keçiriləcək.

İndiyədək Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-priləri təxirə salınıb, Avstraliya, Monako, Niderland, Fransa, Azərbaycan, Sinqapur və Yaponiya mərhələləri isə ləğv olunub.

Son xəbərlər

Orphus sistemi