"Formula 1 Group"un baş icraçı direktoru: "Bakını dünyaya tanıtmaq üçün böyük platforma yaratmaq niyyətindəyik"

"Formula 1 Group"un baş icraçı direktoru: "Bakını dünyaya tanıtmaq üçün böyük platforma yaratmaq niyyətindəyik" "Bu əməkdaşlıq bizim üçün xüsusidir və yarışı gələcəkdə daha da təkmilləşdirməyi hədəfləyirik"
Fərdi
13 Fevral , 2018 10:43
Formula 1 Groupun baş icraçı direktoru: Bakını dünyaya tanıtmaq üçün böyük platforma yaratmaq niyyətindəyik
"Formula 1 Group" şirkətinin baş icraçı direktoru Çeys Kerri / Report/ Elchin Murad

Bakı. 13 fevral. REPORT.AZ/ “Keçən il Bakıda keçirilmiş “Formula-1” üzrə Azərbaycan Qran-prisi çox həyəcanlı idi”.

“Report”un məlumatına görə, bunu "Formula 1 Group" şirkətinin baş icraçı direktoru Çeyz Kerri Heydər Əliyev Mərkəzində keçirilən "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" mövzusunda konfransdakı çıxışında deyib. O bildirib ki, “Formula-1” unikal yarışdır və getdikcə dünyada böyük əhəmiyyət daşıyacaq: “Digər mötəbər turnirlər 4 ildən bir keçirilirsə, “Formula-1” hər il təşkil olunur. İdman böyük potensiala malikdir. Bu il də yarışdakı həyəcanı və keyfiyyəti artırmağa çalışacağıq. Heç nəyə bənzəri olmayan yarışımız var. Hər yarışımızın bir həftəlik bayram, təntənə olmasını istərdik. Monreal, Milan, Bakı kimi şəhərlərdə yarışların tam ruhunu hiss etmək istəyirik”.

Ç.Kerri Bakını dünyaya tanıtmaq üçün çalışdıqlarını da əlavə edib: "Bu yarışı minlərlə insan canlı, milyonlarla azarkeş isə media vasitəsi ilə izləyir. Böyük auditoriyanın bu həyəcanı bölüşməsini hədəfləyirik. Bakıdakı yarışda müxtəlif ölkələrə yayımlar oldu. Bu, hər Qran Prinin özəlliyini çatdırmaq üçün vacibdir. Yarışın tarixini də insanlara çatdırmalıyıq. Coğrafi olaraq artırıq. Bu idman növünü fərqli yerlərə daşımaq istərdik. Bakını dünyaya tanımaq üçün böyük platforma yaratmaq niyyətindəyik. Yayımımızı daha da geniş etməli, daha cox insana çatmaq lazımdır. Bu platforma vasitəsi ilə bütün dünya Bakını tanıya, bura səfər edə bilər. Şəhərin nüfuzu artır. Tədbiri təşkil etmək üçün fəxr hiss duymalıyıq. Bu əməkdaşlıq bizim üçün xüsusidir. Yarışı gələcəkdə daha da təkmilləşdirməyi hədəfləyirik. Gələcəyə ümidlə baxırıq".

Son xəbərlər

Orphus sistemi