Yuxarı
    Bağlamaq

    Formula 1: Fernando Alonso ikinci sərbəst yürüşü yarımçıq dayandırıb

    Onun bolidinin mühərriki dayanıb

    Bakı. 23 iyun. REPORT.AZ/ Formula 1 üzrə Azərbaycan Qran Prisinin ikinci sərbəst yürüşü zamanı "McLaren Honda" komandasının pilotu Fernando Alonso problemlə üzləşib.

    “Report”un məlumatına görə, onun idarə etdiyi bolidin mühərrikində problem yaranıb və dayanıb. Marşalların köməyi ilə onun maşını trassdan kənarlaşdırılıb.

    Qeyd edək ki, bu gün səhər Fernando Alonsonun bolidinə yeni daxili yanma mühərriki qoyulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi