"Formula 1" Azərbaycan Qran-Prisinin Bakı trekində veloyürüş keçirilib

"Formula 1" Azərbaycan Qran-Prisinin Bakı trekində veloyürüş keçirilib Bakı. 30 aprel. REPORT.AZ/ Formula 1 Azərbaycan Qran-Prisinin Bakı trekində veloyürüş keçirilib.
Fərdi
30 Aprel , 2018 16:35
Formula 1 Azərbaycan Qran-Prisinin Bakı trekində veloyürüş keçirilib

Bakı. 30 aprel. REPORT.AZ/ "Formula 1" Azərbaycan Qran-Prisinin Bakı trekində veloyürüş keçirilib.

Bu barədə "Report"a Dövlət Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.

Belə ki, veloyürüşlər Bakıda dünyanın məşhur pilotlarının iştirakı ilə keçirilən "Formula 1" Azərbaycan Qran-Prisinin əsas mərhələsi başlamamışdan əvvəl yarışların keçirildiyi Bakı trekində baş tutub.

Veloyürüşlər Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının nəzdindəki Velosiped İdman Klubunun təşkilatçılığı, "Formula 1" şirkətinin və Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə təşkil olunub.

"Formula 1" yarışlarının şəhər trası növündə öz nadirliyi ilə seçilən Bakı trekində keçirilən veloyürüşdə DTX-nin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev, Azərbaycanın cüdo üzrə Olimpiya çempionu Elnur Məmmədli və Qazaxıstanın velosiped idmanı üzrə Olimpiya çempionu Aleksandr Vinokurov, həmçinin DTX-nin Heydər Əliyev adına Akademiyasının nəzdindəki Velosiped idman klubunun üzvləri iştirak edib.

Son xəbərlər

Orphus sistemi