"Formula 1": Arif Rəhimov ənənəvi yarışların təqvimdə qalmasını istəyir

"Formula 1": Arif Rəhimov ənənəvi yarışların təqvimdə qalmasını istəyir Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov Avropada bəzi Qran-prilərin "Formula 1" üzrə dünya çempionatının təqvimindən çıxarılacağı ilə bağlı xəbərlərə münasibət bildirib.
Fərdi
29 İyun , 2022 10:26
Formula 1: Arif Rəhimov ənənəvi yarışların təqvimdə qalmasını istəyir
Arif Rəhimov

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov Avropada bəzi Qran-prilərin "Formula 1" üzrə dünya çempionatının təqvimindən çıxarılacağı ilə bağlı xəbərlərə münasibət bildirib.

"Report"un məlumatına görə, o, "Motorspor Magazin" nəşrinə açıqlamasında bu ideyaya qarşı olduğunu söyləyib.

Rəhimov deyib ki, idman ənənələrini qoruyub saxlamaq lazımdır: "Mən ənənəvi yarışların təqvimdə qalmasını istəyirəm. Bu treklər yarış ruhunu daşıyır. Onlar hər kəs üçün yaxşıdır".

Qeyd edək ki, daha əvvəl tarixi Spa-Frankorşam trasında keçirilən Belçika Qran-prisinin 2023-cü il dünya çempionatının təqvimindən çıxarılacağı bildirilib.

Son xəbərlər

Orphus sistemi